Fələstin səfirliyi Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı başsağlığı verib

Fələstin səfirliyi Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı başsağlığı verib
# 27 yanvar 2023 15:14 (UTC +04:00)

“Azərbaycanın İrandakı səfirliyinin əməkdaşının silahlı hücum nəticəsində öldürülməsi xəbərini böyük kədər hissi ilə qarşıladıq”.

APA xəbər verir ki, bu barədə Fələstinin Azərbaycandakı səfirliyinin “Facebook” hesabında bildirilib.

“Həlak olan şəxsin ailəsinə və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindəki həmkarlarımıza dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə sağalmalarını arzu edirik”, – qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR