Fələstin XİN rəhbəri: Azərbaycanın verdiyi humanitar dəstəyə görə minnətdarıq

Fələstin XİN rəhbəri: Azərbaycanın verdiyi humanitar dəstəyə görə minnətdarıq
# 30 mart 2023 15:55 (UTC +04:00)

“Azərbaycanlı həmkarımla səmimi, açıq və dostyana müzakirəmiz olub”.

APA-nın Fələstinə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat qarşısında çıxışı zamanı deyib.

“Biz qarşılıqlı əlaqələrimizi necə inkişaf etdirə bilərik, onu müzakirə etdik. Mən Fələstin xalqının azadlıq istəyinə verdiyi dəstəyə, beynəlxalq platformalarda bizi dəstəklədiyinə görə, Azərbaycana təşəkkürümü çatdırdım. Azərbaycanın verdiyi humanitar dəstəyə görə minnətdarıq.

Azərbaycan hər il 25 fələstinli tələbə üçün təqaüd ayırır. Eyni zamanda, Azərbaycan Nablus regionunda məktəb tikəcək, bu qərara görə təşəkkür edirəm”, - Fələstin XİN rəhbəri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR