Fərid Şəfiyev: Ermənistanla Rusiya arasında artıq taktiki yox, strateji problemlər var

Fərid Şəfiyev: Ermənistanla Rusiya arasında artıq taktiki yox, strateji problemlər var
# 28 dekabr 2022 11:58 (UTC +04:00)

"Ermənistanla Rusiya arasında artıq taktiki yox, strateji problemlər var".

APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistan düşünürdü ki, onların işğalçılıq siyasəti birmənalı olaraq Rusiya tərəfindən dəstəklənəcək:

"Eyni zamanda, 2018-2020-ci illərdə olan hadisələrə baxsaq görərik ki, Ermənistan özünü elə aparırdı ki, guya Rusiyadan asılı deyillər, müstəqildirlər. Qərblə bəzi layihələr icra etməyə çalışırdılar. Azərbaycanın da mövqeyi bəllidir. Bəziləri vaxt gələcək açıqlanacaq. Müəyyən vədlər verilmişdi. Lakin 2019-cu ildən bu yana Madrid prinsipləri ilə bağlı Ermənistan heç bir addım atmayıb. Heç olmasa 5 rayonun qaytarılması məsələsi var idi. Ondan da imtina etmişdilər. Təbii ki, bütün bunlar Rusiya tərəfindən mənfi qəbul olunmuşdu. Ona görə də, Rusiya müəyyən dərəcədə Ermənistanın bu siyasətini dəstəkləmirdi. Nə üçün müəyyən dərəcədə deyirəm, çünki Qarabağ məsələsi Rusiyanın əlində bir alət idi. Amma eyni zamanda dərk edirdilər ki, bu münaqişə çərçivəsində hansısa addım atılmalıdır. Bundan da Ermənistan faktiki olaraq imtina elədi. Məsələn, Tovuz hadisələrini Ermənistanın özü törətmişdi. Paşinyan qeyd etmişdi ki, Tovuzda qələbə əldə etmişik. Bu o deməkdir ki, bunu özləri hazırlayıb, kampaniya kimi aparıblar və nəticələrini də bilirik".

Fərid Şəfiyevin fikrincə indiki problem onunla bağlıdır ki, Ermənistan düşünürdü ki, Rusiya onların işğalçılıq siyasətini tam dəstəkləyəcək. Lakin belə olmadı:

"O demək deyil ki, Rusiyanın burada geo-siyasi məqsədləri var və onlardan əl çəkib. Amma belə bir proqnoz var ki, Ermənistanla Rusiya arasında fundamental fikir ayrılığı davam edəcək. Bu fundamental problem ondan ibarətdir ki, Ermənistan gözləyir ki, Qərb onların iqtisadi problemlərini həll etsin, Rusiya da işğalçılıq siyasətini dəstəkləsin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR