Fərid Şəfiyev: “İmkan olsa, Ermənistana da səfər edərdim”

Fərid Şəfiyev

© APA | Fərid Şəfiyev

# 14 yanvar 2022 13:16 (UTC +04:00)

“Biz keçən il Rusiya-Azərbaycan Ekspert Şurasını təsis etmişik. Ukraynalı həmkarlarımızla da təmasdayıq”.

APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev media üçün keçirilən açıq müzakirələr zamanı bildirib.

F. Şəfiyev deyib ki, keçən il iranlı mütəxəssislər də Azərbaycana dəvət edilib: “Ekspert kimi İrana da, ABŞ da səfər etmək planımız var. İmkan olsa, Ermənistana da səfər edərdim. Mütəxəssis olaraq biz araşdırma aparmalı, səfərlər etməli, müzakirələr aparmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR