Fərid Şəfiyev: “İsveçrə məhkəməsində iddia hazırlayırıq”

Fərid Şəfiyev: “İsveçrə məhkəməsində iddia hazırlayırıq”
# 28 dekabr 2022 12:02 (UTC +04:00)

"Bizim iki məhkəmədə - Beynəlxalq Ədalət Məhkəməsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Ermənistana qarşı iddialarımız var".

APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, hər iki məhkəmədə söhbət insan hüquqlarından gedir:

“Digər məsələlər gündəmdə deyil. Ona görə təzminat məsələsi çox mürəkkəb məsələdir. Biz bu məsələləri fərdi şəkildə milli məhkəmələrdə qaldıracağıq. Məsələn, İsveçrənin bir şirkəti var. Hansı ki, Qarabağda qeyri-qanuni fəaliyyət göstərir və gəlir əldə edir. Biz onlara qarşı İsveçrə məhkəməsində iddia hazırlayırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR