Fərid Şəfiyev Şuşada keçirilən beynəlxalq forumun məqsədini açıqlayıb

Fərid Şəfiyev Şuşada keçirilən beynəlxalq forumun məqsədini açıqlayıb
# 28 aprel 2022 16:30 (UTC +04:00)

Şuşada beynəlxalq forumun keçirilməsində əsas məqsəd ekspert səviyyəsində Cənubi Qafqazda sülh və əməkdaşlıq perspektivlərini müzakirə etməkdir.

APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Şuşada keçirilən “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forumun əhəmiyyətindən danışarkən deyib.

O bildirib ki, foruma bır sıra ölkələrdən, o cümlədən Argentina, İtaliya, Almaniya, Türkiyə, İran, Rusiya, Ukrayna və Gürcüstandan bir sıra ekspertlər dəvət edilib.

“Bizim burada əsas iki məqsədimiz var: Birinci məqsəd Azərbaycan dövləti və Azərbaycan rəhbərliyinin regionla bağlı siyasətini müzakirə etmək, ikinci məqsəd isə müxtəlif ekspertlərin tövsiyələrini dinləməkdir, yəni onların baxışı nədir. Artıq ilk müzakirələr aparılıb. Bir sıra ekspertlər xüsusilə vurğulayıblar ki, Azərbaycan regionda liderdir və gündəmi formalaşdıran ölkədir, bundan sonra da Azərbaycan həm iqtisadi, həm də siyasi baxımından liderlik etməlidir və təşəbbüsü öz üzərinə götürməlidir”, - Fərid Şəfiyev vurğulayıb.

BMTM sədri qeyd edib ki, həm Ermənistan, həm də Gürcüstanla müəyyən ortaq platformalarla bağlı bir sıra təklifləri var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR