Fahrettin Altun QHT Agentliyinin rəhbərliyi ilə görüşüb - YENİLƏNİB

Fahrettin Altun QHT Agentliyinin rəhbərliyi ilə görüşüb

© APA | Fahrettin Altun QHT Agentliyinin rəhbərliyi ilə görüşüb

# 27 yanvar 2022 12:07 (UTC +04:00)

Ankarada səfərdə olan QHT Agentliyinin rəhbərliyi Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunla görüşüblər.

APA-nın xəbərinə görə, qonaqları salamlayan Fahrettin Altun Agentliyin Türkiyəyə səfərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. F.Altun iki ölkənin vətəndaş cəmiyyəti qurumlarının ortaq fəaliyyətləri barədə fikirlərini bölüşərək, 2022-ci il “Şuşa ili” çərçivəsində Azərbaycan və Türkiyə QHT-lərinin birgə əməkdaşlığının gücləndirilməsi və onlar arasında ortaq fəaliyyətin çox vacib olduğunu qeyd edib.

Agentliyin rəsmisi Vüsal Quliyev Fahrettin Altuna qəbula görə təşəkkürünü bildirirək, Türkiyənin vətəndaş cəmiyyəti təsisatları ilə çalışan aidiyyəti dövlət qurumları və QHT-lərin əlaqələrinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib. V.Quliyev Azərbaycan və Türkiyə QHT Platformasının yaradılması barədə fikirlərini bölüşərək, bu təşəbbüsün iki qardaş ölkənin vətəndaş cəmiyyəti qurumları və onların birgə fəaliyyətləri üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə Agentliyin icraçı direktoru Aygün Əliyeva, Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və hər iki qurumun nümayəndə heyətləri iştirak edib.

Qeyd edək ki, görüş barədə məlumat Türkiyə Respublikası Prezident Administrasiyasının Komunikasiya İdarəsinin veb saytında yerləşdirilib.

***

26 yanvar

21:44

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin sədr müavini Vüsal Quliyev Türkiyə Prezident administrasiyasının kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun ilə görüşüblər.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə məlumatı Azərbaycanın Türkiyədəki səfirliyi yayıb.

Qeyd olunub ki, tərəflər iki ölkə arasındakı münasibətləri müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR