FHN-in növbəti yardımları Türkiyəyə yola salınıb - FOTO - VİDEO

FHN-in növbəti yardımları Türkiyəyə yola salınıb - FOTO  - VİDEO
# 08 fevral 2023 00:32 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti yardımları və xilasetmə qrupu qardaş ölkəyə yola salınıb.

APA xəbər verir ki, humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir.

Polkovnik-leytenant Fərid Qəhrəmanov APA-ya bildirib ki, 13 avtomobildən ibarət kolon quru yolu ilə hərəkət edəcək.

“Humanitar yardıma isti geyimlər, isidilən çadırlar və həyat təminatı vasitələrin daxildir. Kolon böyük ehtimalla günün sonunda zəlzələ zonasına çatacaq” – Qəhrəmanov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR