Sülh sazişi də daxil olmaqla, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması perspektivləri çox ümidvericidir.
APA xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross bildirib.
O qeyd edib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin normallaşma prosesində şəxsən iştirak etməsi son dərəcə dəyərlidir.