Fransanın Azərbaycandakı səfiri Ann Buayon Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.
APA xəbər verir ki, fransalı diplomat bununla bağlı "Twitter"də paylaşım edib.
“Bu səhər Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum bizi dərindən kədərləndirir. Fransanın Azərbaycandakı səfirliyi adından Azərbaycan XİN-dəki həmkarlarıma və Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verirəm", - səfir bildirib.