Fransa səfiri Füzulidə mina partlayışı nəticəsində həlak olanlara görə başsağlığı verib

Fransa səfiri Zakari Qross

© APA | Fransa səfiri Zakari Qross

# 01 oktyabr 2022 12:08 (UTC +04:00)

Fransanın Azərbaycandakı səfiri Zakari Qross Füzuli rayonu ərazisində mina partlayışı nəticəsində 2 mülki şəxsin həlak olması ilə bağlı başsağlığı verib.
APA xəbər verir ki, bu barədə franslı diplomat "Twitter"də paylaşım edib.
"Dünən Füzuli rayonunda piyada əleyhinə mina partalyışı nəticəsində Amid Əsədovun və Çərkəz Quluzadənin ölüm xəbərindən kədərləndim. Allah rəhmət eləsin".

Xatırladaq ki, sentyabrın 30-da Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində (Yuxarı Dilağarda kəndində) 1986-cı il təvəllüdlü Amid Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Quluzadənin minaya düşərək həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR