Fransa XİN də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü alqışlayır

Fransa XİN də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü alqışlayır
# 19 iyul 2022 15:05 (UTC +04:00)

Fransa Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında iyulun 16-da Tbilisidə keçirilən görüşə münasibət bildirib.

APA xəbər verir ki, XİN-in bu barədə yaydığı bəyanatda bildirilib ki, Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması üzərində işləməyə qərarlı olan Fransa bu görüşü alqışlayır.

“Fransa Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün əlverişli şəraitin yaranmasına xidmət edən birbaşa dialoqun davam etdirilməsinə tərəfdar olduğunu bir daha bəyan edir”, - qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR