Fransanın Azərbaycandakı səfiri Türkiyəyə başsağlığı verib

Fransanın Azərbaycandakı səfiri Ann Buayon

© APA | Fransanın Azərbaycandakı səfiri Ann Buayon

# 09 fevral 2023 13:35 (UTC +04:00)

Fransanın Azərbaycandakı səfiri Ann Buayon Türkiyəyə başsağlığı verib.

APA xəbər verir ki, bununla bağlı fransız diplomat "Twitter"də paylaşım edib.

"Fransa səfirliyi adından Türkiyənin Bakıdakı səfirliyinin başsağlığı kitabını dərin duyğularla imzaladım. Sizin acınız bizim acımızdır. Fransa bu dəhşətli sınaqda Türkiyə və türk xalqının yanındadır. Prezident Makronun dediyi kimi, Fransa lazım olan bütün dəstəyi verəcək", - Ann Buayon bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR