Fuat Oktay: “Azərbaycan bölgədə örnək ölkəyə çevrilib”

Fuat Oktay: “Azərbaycan bölgədə örnək ölkəyə çevrilib”
# 16 sentyabr 2019 18:22 (UTC +04:00)

“İqtisadi inkişafı, həyata keçirdiyi böyük sosial-iqtisadi islahatlar və mühüm beynəlxalq tədbirlərə ev sahibliyi Azərbaycanı bölgədə örnək ölkəyə çevirib”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan-Türkiyə Biznes Forumunda çıxış edən Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay bildirib.

F. Oktay deyib ki, Azərbaycan və Türkiyə ortaq fəaliyyətlə bölgənin sabitliyi və inkişafına da önəmli töhfə verir: “İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2002-2018-ci illər arasında 8 dəfədən çox artaraq 3,2 milyard dollar, başqa bir hesablamaya görə, 3,4 milyard dollar səviyyəsinə çatıb. 2018-ci ildə 2017-ci illə müqayisədə Türkiyənin Azərbaycana ixracı 8,7 faiz artıb. Türkiyənin Azərbaycandan idxalı isə 2017-ci illə müqayisədə 2018-ci ildə 32 faiz artıb, 1,8 milyard dollara çatıb”.

Türkiyə vitse-prezidenti qeyd edib ki, iki ölkənin prezidentləri – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən 2023-cü il üçün hədəf də açıqlanıb: “Söhbət 15 milyard dollarlıq ticarət dövriyyəsindən gedir. Bu gün qəbul edilən qərarlarla iqtisadi əlaqələrimizi inkişaf etdirməyə qərarlı olduğumuzu ortaya qoyduq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR