Gürcüstan Baş naziri Ararat Mirzoyanla görüşüb

Mirzoyan, Qaribaşvili

© APA | Mirzoyan, Qaribaşvili

# 16 iyul 2022 12:15 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.

Gürcüstan Baş nazirinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, söhbət zamanı əsas müzakirə olunan məsələ Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Tbilisi görüşü olub.

İrakli Qaribaşvili vurğulayıb ki, gələcəkdə dialoqun müsbət dinamikasını inkişaf etdirmək vacibdir.

Görüşdə Gürcüstanın dinc qonşuluq təşəbbüsü müzakirə edilib və onun regional münasibətlərin normallaşmasına yardımda rolu vurğulanıb.

Həmçinin, Gürcüstan və Ermənistan arasında mövcud və gələcək əməkdaşlıq perspektivlərinə, o cümlədən iqtisadi və ikitərəfli ticarət əlaqələrinə diqqət yetirilib.

Tərəflər Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Hökumət başçısı Ararat Mirzoyana Ermənistanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə təşəkkür edib.

İclasda Ermənistan xarici işlər nazirinin müavini Vahe Gevorqyan və Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR