Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
# 31 oktyabr 2022 16:03 (UTC +04:00)

Gürcüstan həbsxanalarında 99 Azərbaycan vətəndaşı saxlanılır.

APA-nın Tbilisi bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin sentyabr ayı üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, həbsdə olan Azərbaycan vətəndaşlarından 90-ı kişi, 9-u isə qadındır. Onlardan 83-nə hökm oxunub, 16-na qarşı isə ittiham irəli sürülüb.

Həbs edilmiş Azərbaycan vətəndaşlarından 2-si isə yetkinlik yaşına çatmayanlardır.

Hazırda Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə 43 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR