Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycan səfirliyinə hücumu pisləyib - VİDEO

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycan səfirliyinə hücumu pisləyib - VİDEO
# 06 avqust 2022 22:06 (UTC +04:00)

6 avqust 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili arasında telefon danışığı baş tutub.

XİN-dən APA-ya verilən məlumata görə, Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili 4 avqust tarixində Londondakı Azərbaycan səfirliyinə qarşı baş verən hücumu qınayıb və Azərbaycan ilə həmrəylik ifadə edib.

Nazir Ceyhun Bayramov dəstəyə görə gürcü həmkarına təşəkkür edib. O, baş verən təxribatın hərtərəfli araşdırılması və cavabdeh şəxslərin qanun qarşısında cavab verməsinin vacibliyini vurğulayıb və bununla bağlı Birləşmiş Krallığın müvafiq qurumları tərəfindən müvafiq işin aparıldığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR