Gürcüstan XİN: Azərbaycan və Ermənistan arasında heç bir ön şərtsiz vasitəçilik etməyə hazırıq  

Gürcüstan XİN: Azərbaycan və Ermənistan arasında heç bir ön şərtsiz vasitəçilik etməyə hazırıq  
# 20 sentyabr 2022 09:10 (UTC +04:00)

Gürcüstan ümumi siyasəti çərçivəsində göstərdiyi səylərlə regionda sülh və sabitliyin gücləndirilməsinə töhfə verməyə davam edir.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili deyib.

Nazir qeyd edib ki, rəsmi Tbilisi hər zaman Azərbaycan və Ermənistan üçün müzakirələrin aparıldığı platforma olmağa hazırdır.

"Gürcüstan sülhün gücləndirilməsi üçün bizim cənub qonşularımıza hər zaman dialoq məkanı təklif etməyə hazır olub və bizim ölkəmizin bu istiqamətdəki təklifi hələ də keçərlidir. Əgər ölkəmiz üçün vasitəçilik prosesində iştirak zəruri olarsa, biz buna hər zaman hazırıq və bunu üçün bizim tərəfimizdən heç bir ön şərt irəli sürülmür. Bizim əsas məqsədimiz regionumuzda sülh və sabitlikdir", - deyə Darçiaşvili qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR