Gürcüstan XİN başçısı: “Azərbaycan-Ermənistan dialoqunun Tbilisidə aparılması çox mühümdür”

İlia Darçiaşvili

© APA | İlia Darçiaşvili

# 16 iyul 2022 13:31 (UTC +04:00)

“Bu gün Gürcüstanda xüsusi bir gündür, Tbilisi bizim iki qonşumuz arasında başlayan mühüm dialoqa ev sahibliyi edir”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu prosesin xüsusi əhəmiyyəti var, çünki birgə səylər nəticəsində region üçün sülhü və təhlükəsizliyi əldə etmək istəyirlər: “Həmkarlarıma etimadlarına görə xüsusi təşəkkürümü bildirmək istəyirəm, həmçinin onların hakimiyyətimizə qarşı etimadları da çox mühümdür. Bununla yanaşı, qeyd olunan dialoqun Gürcüstanda, Tbilisidə aparılması çox mühümdür. Tbilisi daima əsirlər ərzində mühüm qərarların qəbul olunduğu bir yer olub və məhz bu dialoq da bunun əhəmiyyətli davamıdır”.

XİN rəhbəri qeyd edib ki, iki dövlət arasında dialoq Gürcüstanın Baş naziri tərəfindən təxmini olaraq bir il əvvəl başladılıb və onun səyləri əsasında iki qonşu dövlət - Ermənistan və Azərbaycan respublikaları arasında əlverişli nəticə ilə sonlanıb: “Bu proses Gürcüstan Baş nazirinin BMT-nin tribunasından səsləndirdiyi sülh təşəbbüsü ilə başladı və bu prosesin bu gün də Gürcüstanda onlar üçün əhəmiyyətli olan məsələlər üzərində davam etməsi çox ağlabatandır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR