Gürcüstan XİN başçısı: "Dost Azərbaycan xalqına ürəkdən uğurlar və firavanlıq arzulayıram"

Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili

© APA | Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili

# 28 may 2022 10:31 (UTC +04:00)

Gürcüstan xarici işlər naziri İlia Darçiaşvili Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.

APA xəbər verir ki, bu barədə Gürcüstan XİN başçısı "Twitter"də paylaşım edib.

"Strateji tərəfdaşımız olan Azərbaycana Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi çatdırmağa şadam. Dost Azərbaycan xalqına ürəkdən uğurlar və firavanlıq arzulayıram", Gürcüstan XİN başçısı bildirib.

Gürcüstan Xarici İşlər Nazirliyi də "Twitter" hesabında Azərbaycanın Müstəqillik Günü münasibətilə paylaşım edib.

"Gürcüstanın əsl dostu, yaxın qonşusu və tərəfdaşı olan Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edirik. Biz güclü strateji tərəfdaşlığımızı qiymətləndiririk və regionumuzda sabitlik və firavanlığa nail olmaq üçün bu tərəfdaşlığı gücləndirəcəyik" paylaşımda bildirlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR