Gürcüstan XİN rəhbəri: Regionda sülh üçün birgə səylərimiz öz nəticəsini verəcək

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstan xarici işlər naziri İlia Darçiaşvili

© APA | Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstan xarici işlər naziri İlia Darçiaşvili

# 16 iyul 2022 12:27 (UTC +04:00)

Regionda sülh və sabitliyin yaradılması istiqamətində birgə səylərimiz öz nəticəsini verəcək.

APA xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili "Twitter"də bildirib.

“Tbilisinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüşə ev sahibliyi etməsini görməkdən çox qürur duyuram. Əminəm ki, regionda sülh və sabitliyin yaradılması istiqamətində birgə səylərimiz öz nəticəsini verəcək”, - Gürcüstan XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR