Gürcüstanın baş naziri Giorgi Qaxariyanın Azərbaycana rəsmi səfəri başa çatıb

Gürcüstanın baş naziri Giorgi Qaxariyanın Azərbaycana rəsmi səfəri başa çatıb
# 09 oktyabr 2019 20:21 (UTC +04:00)

Gürcüstanın baş naziri Giorgi Qaxariyanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 9-da başa çatıb.

APA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Giorgi Qaxariyanı Azərbaycanın baş nazirinin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR