Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirləri Cənubi Qafqazda sabitlik və normallaşma üçün yeni fürsət açıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan Nyu-Yorkda “Türk evi”ndə keçirdiyi mətbuat konfransı zamanı bildirib.
Hakan Fidanın sözlərinə görə, Ermənistan gec olmadan bü fürsəti dəyərləndirməlidir: “Biz sülh və əmin–amanlığın bərqərar olması üçün səylərimizi davam etdirəcəyik”.
Nazir onu da əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini qorumaq üçün Qarabağda antiterror tədbirləri həyata keçirməyə məcbur olub.
Hakan Fidan: Azərbaycan suverenliyini qorumaq məqsədilə Qarabağda antiterror tədbirləri həyata keçirib

Xarici siyasət

Hadija Labib: Belçika Azərbaycan-Ermənistan sülh prosesinə töhfə verir - YENİLƏNİB

İran və Rusiya XİN başçıları regional vəziyyəti müzakirə ediblər

XİN başçıları: Azərbaycan-Yunanıstan enerji sahəsində əməkdaşlıq regionun inkişafına töhfə verəcək - YENİLƏNİB
