Hədəfimizdə Qərbi Azərbaycandan olan soydaşlarımızın öz yurdlarına, dönüşü dayanır - RƏY

Bəhruz Məhərrəmov

© APA | Bəhruz Məhərrəmov

# 27 dekabr 2022 11:23 (UTC +04:00)

“Şuşa-Xankəndi yolunda dinc aksiyalar davam edir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, qanuni şəkildə ölkə ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər: “Konstitusiyamızın 14-cü maddəsinə əsasən, təbii ehtiyatlar Azərbaycan Respublikasına mənsubdur. 39-cu maddənin məzmununa görə isə ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədilə, zərər vura bilməz və hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq hüququ var. Eyni zamanda sərvətlərimizin təbiətə bərpası mümkün olmayan zərərlərlə müşahidə olun talanı Azərbaycan Cinayət Məcəlləsinin 28-ci fəsli üzrə ən azı 8 maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərini əhatələyir. Avropa İnsan Hüquqları Məhkəməsinin bu məsələ ilə bağlı çox ciddi mövqeyi var. 2006-cı il Cakomelli İtaliyaya qarşı işində açıq tələb qoyulub ki, “şəxslərin sağlamlığı üçün mənfi nəticələr doğura bilən ekoloji zərərli fəaliyyətlər zamanı maraqlı şəxslərin bütün aktual və lazımi informasiyaları əldə etməsi üçün səmərəli və əlçatan prosedur təşkil edilməlidir". 2015-ci il Roman Zaxarov Rusiyaya qarşı işi var, ekoloji təhlükəsizliyi qarşı təhlükə yaradan hadisələr və ya hərəkətlər olanda çoxsaylı hüquqlar, hətta şəxsi və ailə həyatı kimi həssas hüquq belə ikinci plana keçir. Yaxud Tatar Rumıniyaya qarşı (2009), Makginli və İqan Birləşmiş Krallığa qarşı (1998) və azı 20 belə qərar saya bilərik, bu Avropanın mövqeyidir. Yaxşı, indi Azərbaycana çatanda Avropanın hüquq sistemi niyə çökür? Avropa Məhkəməsinin presedentləri, yaxud məhkəmə təcrübəsi hara gedir? Axı bu qərarlar uzaqda yox, elə Strasburqda qəbul olunub, Fransanın bundan xəbəri yoxdurmu? Əlbəttə, xəbəri var. Fransanı hansısa erməni maraqlandırmır, Fransa Azərbaycanın çoxsaylı obyektlərində inhisarçıya çevrilmək, Azərbaycanın milli təhlükəsizliyində imperialistcəsinə rol almaq niyyəti ilə hücuma keçmişdi. Makron reket kimi davranmaq istəyirdi ki, Azərbaycan Prezidenti ona yerini göstərdi. Vətəndaşlarımız prosesə açıq gözlə baxsınlar, necə oldu, həm İran, həm ölkə daxilindəki antimilli düşərgə məhz bu aralar aktivləşib? Çox sadə, Fransanın İran kartı fiaskoya uğradıqdan sonra indi də Azərbaycan siyasi sistemindəki 5-ci kolonunu işə salıb, amma bunlar da zatən siyasi cəhətdən bitdiyi üçün addımlar effektiv deyil. Heç kim Azərbaycanı dayandıra, cənab İlham Əliyevin iradəsinə təsir edə bilmədi və möhtərəm Prezidentin də dediyi kimi, “zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək.

Əksinə, indi hədəfimizdə Qərbi Azərbaycandan olan soydaşlarımızın öz ata-baba yurdlarına, sülh yolu ilə, beynəlxalq konvensiyalara uyğun dönüşü dayanır. Əminliklə deyə bilərik ki, Prezidentin bu layihəsi Vətən müharibəsindəki Zəfərimiz qədər önəmli hadisə kimi tarixə düşəcək”.

Deputat Fazil Mustafa hesab edir ki, beynəlxalq platformalarda qərbi azərbaycanlılarla bağlı çox ciddi işlər ortaya qoymalıyıq: “Çünki faktiki olaraq bu ərazilər Ermənistanın sayılır. Ona görə də bu, uzun illərin işini tələb edir. Beynəlxalq platformalarda bu davanın uzun illər təbliğatı aparılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR