Heydər Əliyev Fondunun Türkiyəyə yardımı qarşıdakı günlərdə davam edəcək

Heydər Əliyev Fondunun Türkiyəyə yardımı qarşıdakı günlərdə davam edəcək
# 09 fevral 2023 07:14 (UTC +04:00)

Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə çatdırılan humanitar yardım ilkin mərəhələdədir.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsaslanaraq, həmçinin, Türkiyənin ölkəmizdəki səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Bakı şəhərində yardım kampanyasına start vermişdi.

“Belə ki, 8-14 fevral tarixlərində türkiyənin zəlzələ olan regionalrında ehtiyac duyulan ləvazimatlar toplanacaq və ən qısa müddətdə kompleksləşdirilərək Türkiyəyə yola salınacaqdır. Bir daha, Heydər Əliyev Fondu olaraq ölkədə baş vermiş faciə ilə əlaqədər həlak olanların doğmalarına və yaxınlarına baş sağlığı verir, yaralılara şəfa diləyirik”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR