Hikmət Babaoğlu: Korsika xalqının dilinin qadağan edilməsi Makron Fransasının görünməmiş aqressiyasıdır

Hikmət Babaoğlu,  Milli Məclisin deputatı

© APA | Hikmət Babaoğlu, Milli Məclisin deputatı

# 13 mart 2023 12:59 (UTC +04:00)

“Dil bir xalqın mövcud olmasının əsas göstəricisidir. Çünki dilin daşıyıcısı yoxdursa, deməli, həmin xalq da yoxdur. İyirimi birinci əsrdə Fransada öz tarixi vətənlərində Korsika xalqının dilinin qadağan edilməsi Makron Fransasının görünməmiş aqressiyasıdır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyib ki, belə qərar universal dəyərlərdən, insan hüquqlarında dəm vuran Fransanın əslində insan hüquq və azadlıqlarına münasibətinin göstəricisidir: “Bu gün Fransa hər addımda Azərbaycanı ittiham edərək ermənilərin hüquqlarını qorumağa çağırır. Ancaq halbuki Azərbaycan Qarabağda yaşayan ermənilərin Azərbaycan Konstitusiyasına uyğun olaraq bütün vətəndaşlıq hüquqlarını, o cümlədən öz ana dillərində danışmaq hüququnu tanıdığını dəfələrlə bəyan edib. Belə olan halda bir daha aydın olur ki, Fransanın milli azlıqlara qarşı olan aqressiyasından fərqli olaraq Azərbaycan əsl hüquqi dövlət kimi davranmağı bacarır və etnik , dini, irqi mənsubiyyətindən asılı olmayaraq öz vətəndaşlarının hamısına bərabər hüquqlar tanıyır. Fransa isə korsikalılar qarşı irqi ayrı-seçicilik tətbiq edir”.

Deputat qeyd edib ki, məhz əslən korsikalı olan Napoleon fransızlara tarixdə görmədikləri şöhrəti gətirib: “Napoleon ömrünün sonuna qədər də fransızca danışmağı öyrənə bilməmişdi. Deməli, korsikalıların istedadı, əməyi, onlara ad olan tarixi coğrafiyanın strateji mövqeyi Fransaya lazımdır, ancaq adi insan hüquqlarının korsikalılara verilməsi Fransaya lazım deyil. Demokratiya və insan hüquqları ilə maskalanmış Makron Fransasının iç üzü bundan ibarətdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR