Hikmət Çətin: “Ermənistanın Azərbaycana dəhliz verməsi məsələsi həll olunmalıdır”

Hikmət Çətin: “Ermənistanın Azərbaycana dəhliz verməsi məsələsi həll olunmalıdır”
# 17 iyun 2022 12:49 (UTC +04:00)

“Türkiyə və Ermənistan arasında normallaşma prosesi istiqamətində addımlar atılıb, xüsusi nümayəndələrin görüşləri baş tutub. Biz də istəyirik ki, Ermənistanla münasibətlər normallaşsın, sərhədlər açılsın, etimad yaransın. Ancaq düşünürəm ki, bu bir müddət zaman alacaq”.

APA xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin IX Qlobal Bakı Forumu çərçivəsində panel müzakirədə deyib.

Eks-nazir Azərbaycan torpaqlarının işğal olunduqdan sonra Türkiyənin Ermənistanla sərhədlərini bağladığını xatırladıb.

Hikmət Çətin qeyd edib ki, Ermənistan hələ də öz ərazisindən Azərbaycana dəhliz verməyib. O, bu məsələnin həll olunmalı olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR