Hikmət Hacıyev ABŞ-ın tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirib

Hikmət Hacıyev ABŞ-ın tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirib
# 28 sentyabr 2022 02:35 (UTC +04:00)

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Azərbaycanla tərəfdaşlıqla bağlı müzakirələr aparıb.

APA xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı Səfirliyindən bildirilib.

Bildirilib ki, Azərbaycan Prezidentinin köməkçisi İrs Fondunda ABŞ-ın tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirib. Görüşdə Azərbaycan-ABŞ tərəfdaşlığı, Ermənistanla davam edən sülh danışıqları, o cümlədən regional və qlobal məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR