Hikmət Hacıyev: “Postsovet məkanında digər münaqişələrdə ərazi bütövlüyü birmənalı tanınır, Azərbaycana münasibət isə ikili standartlara əsaslanırdı”

Hikmət Hacıyev

© APA | Hikmət Hacıyev

# 16 iyun 2022 16:46 (UTC +04:00)

“Azərbaycan BMT-yə, ATƏT-ə üzv olduğu dövrdə Ermənistanın təcavüzünə məruz qaldı, ancaq bu beynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar adlandırmadı”.

APA xəbər verir ki, bunu bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhlükəsizlik strukturuna və sülh perspektivlərinə təkrar baxış” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib ki, BMT təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib: “Qətnamələrdə Ermənistanın işğal altındakı Azərbaycan torpaqlarını tərk etməsi tələb olunurdu. Ancaq bu qətnamələr icra olunmadı. Digər tərəfdən, ikili standartlarla üzləşirdik. Postsovet məkanındakı digər münaqişələrdə ölkələrin ərazi bütövlüyü birmənalı tanınırdı, Azərbaycana münasibət ikili standartlara əsaslanırdı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR