Hikmət Hacıyev və İsrail XİN-in baş direktorunun telefon danışığı olub

Hikmət Hacıyev və İsrail XİN-in baş direktorunun telefon danışığı olub
# 21 noyabr 2022 16:59 (UTC +04:00)

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İsrail Xarici İşlər Nazirliyinin (XİN) baş direktoru Alon Uşpiz arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter" hesabında bildirib.

Bu gün baş tutan telefon danışığı zamanı İsrail XİN-in baş direktoru Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib.

Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR