Hulusi Akar Azərbaycan Ordusunun şəhid hərbçisinin ailəsi ilə görüşüb

Hulusi Akar

© APA | Hulusi Akar

# 23 dekabr 2021 17:26 (UTC +04:00)

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ona “torpaqlarımızı işğaldan azad edəcəyik” sözünü verən Azərbaycan Ordusunun şəhid baş leytenantı Valeh Məmiyevin ailəsini qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, milli müdafiə naziri Hulusi Akar Valeh Məmiyevin anası İlhamə Məmiyeva, atası İsbat Məmiyev, qardaşı Vüsal Məmiyev və qardaşı oğlu Sabir Məmiyev ile Millî Müdafiə Nazirliyində görüşüb.

Vətən Müharibəsi şəhidlərinin Türkiyədə təhsillərini davam etdirən övladları, Anar İbrahimli, Şəbnəm Qubadova, Vətən Müharibəsi qazisi Ayxan Mövsümov və Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun iştirak etdiyi görüşdə çıxış edən nazir Akar bu görüşdən məmnunluğunu ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR