Hulusi Akar: Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir

Hulusi Akar

© APA | Hulusi Akar

# 28 dekabr 2021 21:10 (UTC +04:00)

“Ankara Rusiya ilə Ukrayna arasında yaranmış gərgin vəziyyəti diqqətlə izləyir və regionda sabitliyin qorunmasının tərəfdarıdır”.
APA-nın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir regionda sülhün tərəfdarı olduqlarını vurğulayıb: “Bizim regionlarla bağlı ayrıca siyasətimiz yoxdur, biz sülh tərəfdarıyıq, biz gərginliyi (Rusiya ilə Ukrayna arasında - red.) diqqətlə izləyirik. Regionda vəziyyətin sabit qalmasını istəyirik. Biz Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR