İƏT Baş katibi Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

İƏT Baş katibi Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
# 24 fevral 2022 15:28 (UTC +04:00)

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xocalı Soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, bu barədə İƏT-in rəsmi saytında bildirilib.

“Azərbaycanın Xocalı şəhərində baş vermiş soyqırımın 30-cu il dönümü münasibətilə İƏT-in Baş katibi Hissein Brahim Taha 1992-ci ildə yaşanan bu faciədə həyatını itirənləri sayğı ilə yad edir.

Baş katib Xocalıda yaşananların Ermənistan Respublikası tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının nəticəsi olduğunu bir daha vurğulayır.

O, 2013-cü ildə Qahirədə keçirilmiş İslam Zirvə Toplantısının 12-ci Sessiyasında qəbul edilmiş Qahirə Yekun Kommunikesinə (117-ci bənd) və 2020-ci ildə Niameydə keçirilən 47-ci Sessiyada qəbul edilmiş “1992-ci il Xocalı Soyqırımı qurbanları ilə həmrəylik haqqında” 51/47 saylı Qətnaməyə istinad edir. Bu sənədlərdə işğal olunmuş Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətlər milli və beynəlxalq səviyyədə hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırımı kimi qiymətləndirilib”, - bəyanatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR