İƏT PA Konfransının iştirakçıları Şuşaya səfər edib - FOTO - YENİLƏNİB

İƏT PA Konfransının iştirakçıları Şuşaya səfər edib - FOTO  - YENİLƏNİB
# 18 may 2022 13:03 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçıları işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Şuşaya şəhərinə səfər edib.

APA xəbər verir ki, bu gün konfrans iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə tanış olub.

Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov səfər iştirakçılarına şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

***

10:59

Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak edən nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.

APA xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Füzuli Beynəlxalq Hava Limanında olub.

Azərbyacan, Türkiyə, Pakistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri daha sonra Şuşa şəhərinə səfər edəcək.

Füzuli Beynəlxalq Hava Limanının direktoru nümayəndə heyətinə burda yaradılan şərait barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR