İlir Meta Azərbaycana təşəkkür edib

İlir Meta Azərbaycana təşəkkür edib
# 16 iyun 2022 11:10 (UTC +04:00)

Trans-Adriatik qaz kəməri Balkan ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Bu istiqamətdə səylərinə görə Azərbaycana və Azərbaycan Prezidentinə təşəkkürümüzü çatdırırıq.

APA-nın xəbərinə görə, bunu bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində Albaniya Respublikasının Prezidenti İlir Meta bildirib.

Albaniya Prezidenti deyib ki, enerji təhlükəsizliyi hazırda çox aktualdır: “Biz sülh və təhlükəsizliyin təmin olunması üçün üzərimizə öhdəliklər götürməliyik. Digər tərəfdən, vaksinlərin ədalətli bölüşdürülməsi diqqət mərkəzində olmalıdır”.

İlir Meta qeyd edib ki, böhranlardan dərs çıxarılmalıdır: “Nizami Gəncəvi demişkən, hər qaranlıq, bir buludlu gecənin işıqlı səhəri olur. Biz çətinliklərin öhdəsindən gələ bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR