İran məsuliyyətdən boyun qaçırmaq istəyir, Azərbaycan səfirliyinə hücum terror aktıdır

İran məsuliyyətdən boyun qaçırmaq istəyir, Azərbaycan səfirliyinə hücum terror aktıdır
# 27 yanvar 2023 11:54 (UTC +04:00)

Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi Azərbaycan səfirliyinə silahlı hücumun şəxsi zəmində baş verdiyi barədə məlumat verib.

Lakin APA-nın diplomatik kanallardan əldə etdiyi məlumata görə, Tehranın polis rəisinin dedikləri tamamilə əsassızdır, səfirliyə hücum terror aktıdır.

Tehranın polis rəisinin dediyi kimi, guya hadisəni törədən şəxsin əraziyə iki uşaqla gəlib, bir müddət maşında gözləməsi yalandır, ümumiyyətlə belə şey olmayıb.

İran dövləti məsuliyyətdən boyun qaçırmaq üçün hadisənin mahiyyətini təhrif edir, baş vermiş terrorun guya ailə-məişət zəminində insident kimi təqdim olunmasına çalışır.

Qeyd edək ki, bu gün səhər saatlarında “Kalaşnikov” avtomatı ilə silahlanmış şəxs Azərbaycanın İrandakı səfirliyinə hücum edib. Səfirliyin təhlükəsizlik xidmətinin rəisi öldürülüb, daha iki əməkdaş yaralanıb.

Hücum edən şəxs tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR