İran parlamentinin üzvü: “Azərbaycanla yaxşı əlaqələr daha da inkişaf etdirilməlidir”

Fəda Hüseyn Maliki

© APA | Fəda Hüseyn Maliki

# 23 aprel 2022 17:24 (UTC +04:00)

“İrandan keçməklə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına quru yolun çəkilməsi gündəmdədir”.

Bunu APA-nın Tehran müxbirinə açıqlamasında İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvi Fəda Hüseyn Maliki deyib.

O bildirib ki, magistral yolun çəkilməsi üçün texniki mexanizm hazırlanmalıdır.

"Azərbaycanın strateji mövqeyi var və İranın bu ölkə vasitəsilə Avropaya birləşməsi üçün iki ölkənin nümayəndə heyətləri arasında bu haqda müzakirələr aparılıb. Bu məsələnin sürətlənməsi lazımdır."

Fəda Hüseyn Maliki qeyd edib ki, İran və Azərbaycan əlaqələri tarixi kökə malikdir:

“İki ölkənin xalqları arasında mövcud olan yaxşı əlaqələr daha da inkişaf etdirilməlidir. Bəzi ölkələr iki qardaş ölkə arasında ixtilaf yaratmağa çalışsa da iki ölkə rəhbərliyi ayıqlıq göstərdi. Bu gün şükürlər olsun ki Azərbaycan və İran yaxınlaşıb. İki ölkə arasında iqtisadi münasibətlərin inkişafı bu yaxınlaşmaya daha da təkan verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR