İranda səfirliyə hücumda yaralananlar 5-6 saatlıq əməliyyat keçiriblər

İranda səfirliyə hücumda yaralananlar 5-6 saatlıq əməliyyat keçiriblər
# 29 yanvar 2023 22:12 (UTC +04:00)

“Siz bilirsiniz ki, terror aktı dünyanın müxtəlif beynəlxalq təşkilatları, o cümlədən BMT, NATO, Aİ, TDT, İƏT və digər beynəlxalq təşkilatlar tərəfindən qınanılıb”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Xələf Xələfov bildirib ki, eyni zamanda, 60-dan çox ölkənin dövlət başçısı, XİN rəhbəri və səfirləri tərəfindən bu silahlı hücum, bu terror aktı pislənib və tələb olunub ki, İran dövləti öz öhdəlikləri çərçivəsində cinayətin araşdırılmasını şəffaf şəkildə aparsın: “Biz deyə bilərik ki, Azərbaycan-İran diplomatik münasibətləri tarixində 27 yanvar hüzn günüdür. Təəssüf ki, biz qonşu dövlətdən şəhid aldıq. Azərbaycan səfirliyi ilk dəfə şəhid aldı. Əlbəttə, Vətən sağ olsun! Bu gün bu hadisələr fonunda onu deyə bilərəm ki, həm şəhid olmuş əməkdaş Orxan Əsgərov, həm də digər əməkdaşlar daha ağır nəticələrə səbəb olacaq hadisənin qarşısını qəhrəmanlıqla aldılar. Yaralananların hər biri 4-5, hətta 6 saat əməliyyatda olublar”.

Firuzə Vahid

Sail Ağasəlim

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR