İranda yaralanan səfirlik əməkdaşı: Xəstəxana bizi qəbul etmədi, digərinə getməli olduq

İranda yaralanan səfirlik əməkdaşı: Xəstəxana bizi qəbul etmədi, digərinə getməli olduq
# 06 fevral 2023 16:18 (UTC +04:00)

“Polis bizə heç ratsiya ilə də səfirliyə əli silahlı şəxsin girməyə çalışdığını xəbər vermədi”.

APA xəbər verir ki, bunu İrandakı səfirliyimizə terror hücumu zamanı yaralanan Mahir İmanov deyib.

O bildirib ki, terrorçu onu sol ayağından vurub: “Gedib Vasifə (Vasif Tağıyev-red.) kömək etmək istədim. Onda hiss etdim ki, sol ayağımdan güllə yarası almışam, ayağım işləmir. Mühafizə yoldaşımız Vasif orada ani hərəkət etməsəydi, çox böyük faciə baş verə bilərdi. Orada həm səfirlikdir, yuxarı mərtəbədə yaşayış mənzilləri var. O, çox güllə atırdı. 3 güllə qoluma dəydi. Sol ayağım onsuz da işləmirdi. Güllənin biri də sağ ayağıma dəydi. Orada heç kim ilk tibbi yardım göstərmirdi. Yolda da eşidirəm ki, xəstəxanaya deyirdilər yaralı gətiririk. Xəstəxana bizi qəbul etmədi. Biz digər xəstəxanaya getməli olduq. Məni əməliyyata 5 saatdan sonra aldılar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR