İranın xarici işlər naziri Azərbaycana gəlib - YENİLƏNİB - VİDEO

İranın xarici işlər naziri Azərbaycana gəlib - YENİLƏNİB  - VİDEO
# 22 dekabr 2021 11:40 (UTC +04:00)

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana gəlib.

APA-nın xəbərinə görə, XİN başçısının təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

İranlı nazir Azərbaycan Prezidentinin qəbulunda olacaq, parlamentin spikeri, xarici işlər naziri və Baş nazirin müavini ilə görüşlər keçirəcək.

***

07:34

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana səfər edəcək.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, səfər bu gün baş tutacaq.

Səfər çərçivəsində Hüseyn Əmir Abdullahian Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR