İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

Hüseyn Əmir Abdullahian

© APA | Hüseyn Əmir Abdullahian

# 20 dekabr 2021 13:19 (UTC +04:00)

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O bildirib ki, cari həftənin sonunadək İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana səfər edəcək.

Səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti ilə həyata keçiriləcək.

Hüseyn Əmir Abdullahian səfər çərçivəsində bir sıra görüşlər keçirəcək, iki ölkə arasındakı qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı perspektivlərini müzakirə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR