İraq rəsmisi: “Ölkələr terror və ekstremizmə qarşı birgə mübarizə aparmalıdır”

Şahavan Abdulla Əhməd Tələbani

© APA | Şahavan Abdulla Əhməd Tələbani

Foto al #
# 01 iyul 2022 12:01 (UTC +04:00)

“İraq müharibələrdən, hökumətlərin səhv siyasətindən ən çox əziyyət çəkən ölkələrdəndir”.

APA xəbər verir ki, bu barədə İraq Nümayəndələr Şurasının sədr müavini Şahavan Abdulla Əhməd Tələbani çıxışında bildirib.

“Biz terrorla mübarizə aparmışıq, İŞİD kimi beynəlxalq səviyyədə təhdid törədən terror qrupu ilə savaşmışıq. Bu mübarizədə ölkəmiz dağıntılara məruz qalıb, ağır itkilərlə üzləşmişik. İndi qaçqın və köçkünlərlə bağlı ağır yükümüz var və bu istiqamətdə dost ölkələrdən kömək istəyirik”, - o qeyd edib.

İraq rəsmisi deyib ki, ölkələr qlobal təhdid törədən terror və ekstremizmə qarşı birgə mübarizə aparmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR