İraq səfirliyi Azərbaycana başsağlığı verib

İraq səfirliyi Azərbaycana başsağlığı verib
# 27 yanvar 2023 18:13 (UTC +04:00)

İraq Respublikasının Bakıdakı səfirliyi Azərbaycan Respublikasının Tehrandakı səfirliyində terror aktı törədilməsi xəbərini böyük kədər hissi ilə alıb.

Bu barədə səfirlikdən APA-ya verilən məlumatda bildirilib.

Qeyd edilib ki, səfirlik bu qorxaq cinayəti pisləyərək dərin hüznlə başsağlığı verir.

“Azərbaycan hökumətinə və həlak olan şəhidin ailəsinə, yaxınlarına dərin kədərlə başsağlığı verir, həmçinin yaralılara və xəsarət alanlara şəfa diləyir, Rəbbimizdən Azərbaycan hökuməti və xalqı üçün təhlükəsizlik və əmin-amanlıq diləyirik”, - məlumatda qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR