İsrail XİN: Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş xain hücum bizi sarsıdıb

İsrail XİN: Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş xain hücum bizi sarsıdıb
# 27 yanvar 2023 13:38 (UTC +04:00)

Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirik.

APA xəbər verir ki, bu barədə İsrail XİN-in sözçüsü Lior Haiat “Twitter”də paylaşım edib.

“Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş və təhlükəsizlik rəisinin qətlə yetirilməsi ilə nəticələnən xain hücum bizi sarsıdıb və kədərləndirib. Azərbaycan xalqına və hökumətinə, həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, - paylaşımda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR