İsrail XİN: Azərbaycanın Təl-Əvivdə səfirlik açması tarixi qərardır

İsrail XİN: Azərbaycanın Təl-Əvivdə səfirlik açması tarixi qərardır
# 18 noyabr 2022 16:08 (UTC +04:00)

Azərbaycanın İsraildə səfirlik açması tarixi qərardır.

APA xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.

“Bu gün (18 noyabr 2022-ci il) Azərbaycan parlamenti Azərbaycanın İsraildə, Təl-Əvivdə səfirliyinin açılması ilə bağlı tarixi qərar qəbul edib. Bu, əhalisinin əksəriyyətinin şiə olduğu müsəlman ölkəsinin İsraildə ilk səfirliyi olacaq”, - bildirilib.

Qeyd edək ki, Azərbaycanın İsraildə səfirliyi təsis edilir. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb. Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR