İsrailin sabiq baş naziri: ABŞ və digər ölkələrlə birlikdə İranın hədələdiyi ölkələri qorumaq üçün hər şey etməliyik

İsrailin sabiq baş naziri: ABŞ və digər ölkələrlə birlikdə İranın hədələdiyi ölkələri qorumaq üçün hər şey etməliyik
# 11 mart 2023 13:34 (UTC +04:00)

İran çox aqressiv ölkədir. Beynəlxalq ictimaiyyət bunun yaxşı fərqindədir.

APA xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Ehud Olmert jurnalistlərə açıqlamasında deyib.

"Düşünürəm ki, biz ABŞ və digər ölkələrlə birlikdə İran tərəfindən hədələnən ölkələri qorumaq üçün hər şey etməliyik və bura Azərbaycan da daxildir. Biz bu ölkələri səlahiyyətimizdə olan gücləri birləşdirərək İranın istənilən təcavüzündən qorumalıyıq", deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR