İsrailli həkim: "İsraildə Səfirliyin açılması Azərbaycanla diplomatik əlaqələrin qurulmasında yeni bir ağ səhifədir"

İsrailli həkim: "İsraildə Səfirliyin açılması Azərbaycanla diplomatik əlaqələrin qurulmasında yeni bir ağ səhifədir"
# 29 mart 2023 22:37 (UTC +04:00)

"Azərbaycan və İsraili mədəni, tarixi, iqtisadi əlaqələr bir-birinə bağlayır. Hər iki xalq bir birinə çox yaxındır".

APA xəbər verir ki, bunu israilli tanınmış həkim İsraildə Horev Tibb Mərkəzinin direktoru Dr. Roman Barak deyib.

O vurğulayıb ki, Azərbaycanın İsraildə səfirlik açması böyük hadisədir.

"Bu gün böyük bir hadisə baş verdi. Uzun onilliklər ərzində bu baş verməli idi və mən hesab edirəm ki, bu gün çox böyük bir bayramdır. Dünyada və İsraillə Azərbaycan arasındakı münasibətlərimizdə bu, bir bayramdır. Biz fəxr edirik ki, bu gün hər bir azərbaycanlının İsrailə gəlmək, hər bir israillinin Azərbaycana getmək arzusu var", - deyə Roman Barak bildirib.

Həkim bildirib ki, insanları İsrailə dəvət edib, onlara yeniliklər öyrədilir.

"Şübhəsiz ki, hər bir israilli Azərbaycandan özü üçün çox şey öyrənir. Ona görə də bu səfirliyin açılması bu əlaqənin qurulmasında yardımçı oldu. Düşünürəm ki, bu gün səfirliyin açılması İsraillə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasında yeni bir ağ səhifədir ki, bu səhifənin qeyri-məhdud sayda davamı var və bu səhifələr tarixin böyük bir kitabının ərsəyə gəlməsində mühüm rol oynayır", - deyə Roman Barak bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR