İstanbulda Vətən müharibəsi zamanı dəstək göstərən jurnalistlərlə görüş keçirilib - FOTO

İstanbulda jurnalistlərlə görüş

© APA | İstanbulda jurnalistlərlə görüş

# 29 yanvar 2022 14:05 (UTC +04:00)

Yanvarın 29-da İstanbulda Vətən müharibəsi və daha əvvəl, Qarabağ Zəfərinə gedən yolda dəstək göstərən media nümayəndələri ilə görüş keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki Səfirliyi, İstanbuldakı Baş konsulluğu, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və “Qars-Ardahan-İğdir İnkişaf Vəqfi”nin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Mərasimdə Qars müqaviləsinin bağlanmasının 100-cü ildönümünün perspektivləri, Türkiyə-Azərbaycan əməkdaşlığı, Şuşa Bəyannaməsi və Zəngəzur dəhlizi başda olmaqla Ermənistanla normallaşma dövrü kimi bir sıra mövzularda müzakirə olunub.

Tədbirdə açılışında çıxış edən Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attar, Qars müqaviləsinin bütün region üçün önəmli olduğunu, Türkiyə-Azərbaycan münasibətlərinin dünyada təkrarının olmadığını qeyd edib. O, həmçinin Türkiyənin hər zaman Azərbaycanın haqlı mübarizəsində yanında olduğunu vurğulayıb: “Bu münasibətlər təkcə türk dünyası üçün deyil, bütün dünya tarixi üçün nümunəvi münasibətlər kimi qalacaq”.

Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva İkinci Qarabağ müharibəsindən sonra bölgə və tariximiz üçün yeni bir səhifənin açıldığını qeyd edib. O, əlavə edib ki, Türkiyə və Türkiyə mediasının dəstəyi Azərbaycan üçün çox önəmli olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR