İsveç XİN: Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyirik

İsveç XİN: Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyirik
# 27 yanvar 2023 22:39 (UTC +04:00)

Azərbaycanın Tehrandakı səfirliyinə bugünkü qəddar hücumu pisləyirik.

APA xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyinin Tvitterində bildirilib.

“Mərhumun ailəsinə başsağlığı veririk və yaralananların tezliklə sağalmasını diləyirik. Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına hücumlar qəbuledilməzdir”, - deyə qeyd olunub.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.

Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR