İsveçrədə Vətən müharibəsi şəhidləri anılıb

İsveçrədə Vətən müharibəsi şəhidləri anılıb
# 27 sentyabr 2022 17:33 (UTC +04:00)

Bu gün İsveçrədə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.

Bu barədə APA-ya Azərbaycanın İsveçrədəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, Anım Gününə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycanın İsveçrədəki Səfirliyinin heyəti diplomatik nümayəndəliyin önündə şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Sonra İsveçrənin Lüsern şəhərinə səfər edilib.

Tarix boyu müharibələrdə azadlıq və müstəqillik uğrunda canlarını fəda etmiş İsveçrə əsgərlərinin xatirəsinə həsr olunmuş ölkənin kədər və eyni zamanda qürur yaddaşını əks etdirən dünya şöhrətli “Can verən Aslan” tarixi abidənin üzərinə gül dəstəsi qoyulub, vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda özlərini qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sözügedən abidənin ziyarəti bütün dünyada və hər bir ölkədə müstəqillik və azadlıq uğrunda həlak olmuş hərbçilərin xatirəsi simvolu kimi qəbul edilir və onları məhz bu abidə qarşısında yad etmək bəşəri səviyyədə bir ənənəyə çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR